Dəhşətli FOTOLAR: QİÇS-i yaymaq üçün qanlı iynəni skamyalara bərkidirlər
loading...

Dəhşətli FOTOLAR: QİÇS-i yaymaq üçün qanlı iynəni skamyalara bərkidirlər

Adının açıqlanmasını istəməyən Abşeron sakini femida.az-a məktub yazaraq, qarşılaşdığı hadisə barədə məlumat verib. O, Xırdalan şəhərində istirahət üçün parka gedərkən dəhşətli mənzərə ilə qarşılaşdığını deyib.

O naməlum şəxsin parkdakı skamyaların kənarlarına qanlı şprits başlıqları keçirdiyini deyib. O, bunun xəstəliyi başqasına keçirmək məqsədi ilə edildiyi bildirib.

Daha sonra fotoların Belarusiya mətbuatında 5 gün öncə yayımladığını gördük. Vətəndaş bizə yanlış məlumat vermədiyini desə də, şəkillərin başqa ölkədə çəkildiyi ortaya çıxıb.
Dəhşətli FOTOLAR: QİÇS-i yaymaq üçün qanlı iynəni skamyalara bərkidirlər

Dəhşətli FOTOLAR: QİÇS-i yaymaq üçün qanlı iynəni skamyalara bərkidirlər
Dəhşətli FOTOLAR: QİÇS-i yaymaq üçün qanlı iynəni skamyalara bərkidirlər

Əziz vətəndaşlar, bu cür əməllər xaricdə baş versə də, Azərbaycanda da baş verəcəyindən heç kim sığortalanmayıb. Odur ki, siz də istənilən mühitdə ehtiyatlı olun.

Qeyd edək ki, bu cür addımı atan şəxslər qanun qarşısında məsuliyyət daşıyırlar. Vəkil Ziya Bağırov açıqlamasında bunu diqqətə çatdırıb:

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 140.1-ci maddəsinə əsasən, bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.


loading...