"Çukur"dan azərbaycanlı aktyora qadağa
loading...

“Çukur”dan azərbaycanlı aktyora qadağa

Türkiyənin “Ay Yapım” şirkətinin istehsalı olan “Çukur” serialındakı “Lal Fındık” obrazını oynayan azərbaycanlı aktyor Ramin Nəzirinə qadağa qoyulub.

Fenomen.Az -ın məlumatına görə, bu haqda aktyor open.az-a açıqlamasında deyib. O bildirib ki, ekran işi yayımlanan zaman onun səsinin eşidilməsinə icazə verilməyib:

“Türkiyənin məşhur aktyoru İlker Ayrıkla bir televiziya tamaşası çəkdik. Serial olaraq cəmi 6 bölüm yayımlandı. Bundan sonra bir gün mənə zəng gəldi. Dedilər ki, “Çukur” serialında yeni obraz üçün aktyor axtarılır və “Ay Yapım” şirkəti mənimlə görüşmək istəyir. Bunun cəmi 1-2 bölüm olacağını zənn edirdim. Şirkətdəki xanım mənim komediya aktyoru olduğumu, serialın isə dram janrında çəkildiyini deyərək, bu obrazın asan canlandırıla bilməyəcəyini vurğuladı. Beləliklə dram janrında olan bir kinodan kiçik bir səhnəni nümayiş etdirdim. Bundan iki gün sonra serialın rejisoru Sinan Öztürklə görüşdüm. O, mənə obrazımı izah etdikcə həyəcanlanırdım. Beləliklə serialda “Çeto” obrazını canlandıran Erkan Avcı və “Mahsun”u canlandıran Berkay Ateşle çəkilişə başladıq. Çəkilişdən iki gün sonra “Brokoly” şirkətindəki menecerim Gökhan Demirci “Çukur”da rol alacağımı müjdələdi. Onu da deyim ki, bir çox məşhur türk aktyorları arasından seçildim.

Müqaviləyə əsasən səsim heç yerdə yayımlanmalı deyil. Elə buna görə də sizə cavablarımı video ilə yollaya bilmirəm. Yəni obrazımın şərti bundan ibarətdir. Həm də gələcək bölümlər barədə də danışa bilmərəm. Buna görə adım “Lal Fındık”dır”.


loading...