Burakla Fahriyənin sirri ortaya çıxdı (Foto)

Burakla Fahriyənin sirri ortaya çıxdı (Foto)

Aylardır birlikdə yaşadıqlarını gizlədən türkiyəli aktyorlar Burak Özçivit və Fahriyə Evcen cütlüyünün sirri ortaya çıxıb.

Cütlük gecə yarısı Burakın evinə girərkən paparatsilər tərəfindən görüntülənib. 

Özçivitin avtomobilində oturub, söhbət edən cütlük fotokameranı görən kimi hadisə yerindən uzaqlaşıb. Evcen saçı ilə üzünü bağlamağa çalışarkən, Burak “Aha… Yaxalandıq” deyib.

Cütlük 5 aydır birlikdədir. Burak və Fahriyənin münasibəti “Çalıquşu” serialının çəkilişləri zamanı başlayıb. Çəkilişləri Bodrumda aparılan “Eşq sənə bənzəyir” filmində də birlikdə kamera qarşısına keçən aktyorlar artıq birlikdə olduqlarını gizlədə bilməyib.

axsam.az


loading...