Bakıda dəhşət: Qurbanlıq qoyunlar boğulub öldülər - VİDEO

Bakıda dəhşət: Qurbanlıq qoyunlar boğulub öldülər – VİDEO

Musavat.com-un müxbiri qurbanlıq heyvanların satışı yarmarkasında dəhşətli mənzərənin şahidi olub.

Yarmarkaya satışa gətirilən yük maşını ilə dolu qurbanlıq heyvanlar tələf olub.

Buna səbəb isə heyvanları daşıyan maşında havalandırma yerinin olmaması olub. Nəticədə qapalı yerdə yüz kilometr yol gələn 70-dən çox heyvan istidən və havasızlıqdan ölüb.

Heyvan sahibləri bu vəziyyətdən yarmarkada xəbər tutublar. Heyvanlar yarmarkaya Siyəzən rayonundan gətirilib.

Heyvanlar yük maşınından endirilərkən ölü vəziyyətdə olublar. 70 heyvandan cəmi dördü sağ qalıb.

Satıcılar külli miqdarda ziyana düşməmək üçün məcburən yerdə can verən heyvanları tələsik kəsiblər. Lakin həmin ətrafda olan qəssablar bu heyvanların ətinin insanlara satılmasını doğru hesab etmirlər. (Oxu.Az)


loading...