Baharəddin Səlimov "Əməkdar məşqçi" fəxri adına layiq görüldü - FOTOlar

Baharəddin Səlimov “Əməkdar məşqçi” fəxri adına layiq görüldü – FOTOlar

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Milli Olimpiya Komitəsində “5 Mart Bədən tərbiyəsi və idman günü” münasibətilə bir sıra idman mütəxəssislərinə fəxri adlar verilib.

Fenomen.Az xəbər verir ki , Mükafatçılar sırasında Azərbaycan UŞU Federasiyasının Böyük Məşqçisi Baharəddin Səlimov “Əməkdar məşqçi” fəxri adına layiq görülüb.

Əməkdar məşqçi Baharəddin Səlimov bildirib ki, “Fəxri ada görə Azərbaycanın Gәnclәr vә Idman naziri Azad Rәhimova və Azərbaycan UŞU Federasiyasının prezidenti Azər Həsənsoya idmançılara göstərilən diqqət və qayğıya görə öz minnətdarlığımı bildirirəm ”

Əlbəttə, idmançılarımızın beynəlxalq yarışlarda uğurlu nəticələr qazanması ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Azərbaycan idmançıları Dünya arenalarında öz sözlərini deyirlər”.

Xatırladaq ki,  Uşu-sanda üzrə Azərbaycan yığma komandasının Böyük Məşqçisi Baharəddin Səlimov , 2002-2004-cü ildə 2 defe Avropa çempionu, 2003-cü ildə Dünya çempionatının gümüş mükafatçısı,2004- cü ildə Dünya Kubokunun gümüş mükafatçısı, 2007-2008-ci illərdə 2 dəfə Dünya festivalinin qalibi,2009-cu ildə Dünya çempionatının bürünc mükafatçısı və dəfələrlə Azərbaycan çempionu və peşəkar döyüşlərin qalibi olmuşdur.


loading...