BAFTA: Britaniya ən yaxşıları seçdi - FOTO

BAFTA: Britaniya ən yaxşıları seçdi – FOTO

Britaniyanın paytaxtı Londonda Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının (British Film Academy Film Awards) mükafatlarının 68-ci təqdimat mərasimi keçirilib.
Boyhood” lenti “İlin ən yaxşı filmi” seçilib.
Film “Ən yaxşı rejissor” və “Arxa plan rolunda ən yaxşı aktrisa” nominasiyalarında da qalib gəlib.
Londonun “Covent Garden” səmtindəki Kral Operasında (Royal Opera House) təşkil olunmuş mərasimdə “Ən yaxşı aktyor” nominasiyasında “The Theory Of Everything” filmindəki roluna görə Eddi Redmeyn qalib gəlib. “Ən yaxşı aktrisa” mükafatını isə “Still Alice” filmində baş rolda oynamış amerikalı aktrisa Culianna Mur alıb.
“Boyhood”un rejissoru Riçard Lankaster “Ən yaxşı rejissor”, C.K. Saymons(Whiplash) “Arxa planda ən yaxşı aktyor”, Patrisiya Arkett (Boyhood) “Arxa planda ən yaxşı aktrisa”, Ues Anderson (The Grand Budapest Hotel) “Ən yaxşı ssenari müəllifi”, “The Lego Movie” isə “ən yaxşı animasiya filmi” nominasiyalarının qalibi olublar. (Milli.Az)
Böyütmək üçün şəkillərə klikləyin.

INSTAGRAM - Yerli ve xarici tanınmışlarin paylaşdıqları son fotoları səhifəmizde izleyin
loading...