Azərbaycanda DƏHŞƏT: Ana qızını 200 dollara SATDI
loading...

Azərbaycanda DƏHŞƏT: Ana qızını 200 dollara SATDI

Azərbaycanda ana hələ 1 həftəlik ikən satdığı qızının axtarışına çıxdı.

Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni Axtarıram” verilişində illər əvvəl ərinin borcunu ödəmək üçün qızını satan qadının danışdıqları insanları dəhşətə gətirib. 25 il əvvəl ərinin borcunu ödəmək üçün 1 həftəlik qızını 200 dollara öz rəfiqəsinə satan qadın indi qızını görmək istədiyini deyir:

“Biz Siyəzəndə qalırdıq. Rəhmətlik yoldaşım balıq satmaqla məşğul idi. Mən də bazarda qatıq, süd, yumurta satırdım. Yoldaşım balıqların pulunu itirmişdi. Kənddə onu ac-susuz tövlədə saxlamışdılar, çox əziyyət vermişdilər. Qorxurdum ki, yoldaşımı öldürərlər. Yazığım gəldi ona, istəmirdim əziyyət çəksin. Mən hələ hamilə olanda bir qadın var idi. Onlarla ailəvi gediş-gəlişimiz olmuşdu. O mənə deyirdi ki, görürəm vəziyyətiniz çətindi, o uşağı saxlaya bilməyəcəksən. Elə o vaxtdan istəyirdi uşağı. Yoldaşım məndən 30 yaş böyük idi. Məndən əvvəl Rusiyada, Ukraynada ailəli olmuşdu, uşaqları da vardı. Onunla ailə quranda mənim 22, onun isə 53yaşı vardı. Ondan 3 qız, 1 oğlan övladım olub. Amma dediyim kimi, kişini öldürməklə hədələyirdilər, mən də məcbur oldum ərimdi, qızımı o qadına 200 dollara satdım, balıq pulunu ödədim. Sonra yoldaşımı buraxdılar”.

Aparıcının “qızını niyə axtarmadın” sualına isə qadının verdiyi cavab verilişin iştirakçılarının sərt reaksiyasına səbəb olub: “Mən qızımı 200 dollara padruqama satdım. O da aparıb öz padruqasına verib. Mən bir-iki dəfə görmək istəmişdim, o dedi yox, gəlmə. Sonra da əlaqələrimiz itdi. Bir onu bilirəm ki, qızımı Masallıda yaşayan Almaz adlı qadına verib”.

Həmin görüntüləri təqdim edirik:  (Publika.az)


loading...