Ata oğlu ilə birlikdə qızını və onun sevgilisini güllələdi - DƏHŞƏTLİ QƏTL / FOTO
loading...

Ata oğlu ilə birlikdə qızını və onun sevgilisini güllələdi – DƏHŞƏTLİ QƏTL / FOTO

Kırklarelidə ata 53 yaşlı Abdülkadir Y oğlu 30 yaşlı Abdülvahap Y ilə birlikdə 2 ildir ki, sevgilisi Canər Atlı ilə yaşayan qızı Tuğba Y-nın evini gülləbaran edib.

Fenomen.az big.az-a istinadən xəbər verir ki, yaralı cütlük dərhal xəstəxanaya çatdırılsa da onların həyatını xilas etmək mümkün olmayıb.

Ata və oğul saxlanılaraq polis bölməsinə aparılıb.

İddia görə ata oğlu ilə birlikdə qızı Tuğbanı evə aparmaq istəyib. Qızının getmək istəmədiyini öyrənən onu və birlikdə yaşadığı sevgilisini güllələyib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.


loading...