AST Telmanın killerinə 13 il həbs cəzası verildi
loading...

AST Telmanın killerinə 13 il həbs cəzası verildi

Moskva əyalətinin Krasnoqor şəhər məhkəməsi azərbaycanlı iş adamı Telman İsmayılovun dəstəsinə daxil olan killer Mehman Kərimova hökm oxuyub.

İki iş adamı- Vladimir Savkin və Yuri Brilyovu öldürməkdə ittiham olunan killerə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il həbs cəzası verilib.

Qeyd edək ki, Telman İsmayılov iki nəfərin qətlində və qanunsuz silah dövriyyəsində ittiham olunaraq haqqında qiyabi həbs qərarı çıxarılıb. Hazırda beynəlxalq axtarışa verilib. Daha əvvəl siyasi sığınacaq almaq üçün Fransa hökumətinə müraciət etmişdi.  (Qafqazinfo)


loading...