Arvadının saçını qırxan kişi danışdı — “Onun yad kişilərlə yataqda çəkilmiş videoları var” (VİDEO)
loading...

Arvadının saçını qırxan kişi danışdı — “Onun yad kişilərlə yataqda çəkilmiş videoları var” (VİDEO)

Bir neçə gündür cəmiyyətdə ərinə xəyanət etdiyi üçün saçı qırxılan qadınla bağlı xəbərlər dolaşır. Demək olar ki, bütün tərəflər sıra ilə danışıblar – saçı qırxılan qadın, onun bacısı, qadının qayınanası.

Fenomen.az xəbər verir ki, Musavat.com-un əməkdaşı xəyanətə uğradığını iddia edən və bu səbəbdən də həyat yoldaşını bu formada cəzalandıran ərlə – Elnur Həsənovla danışıb. E.Həsənov bizimlə söhbətində baş vermiş hadisə və onun pərdəarxası ilə bağlı öz iddialarını söyləyib. Müsahibimiz öncə olayın baş vermə hekayəsini danışıb:

-Bizim bu insanla rəsmi nikahımız olub, evli olmuşuq. Amma mən bunun xəyanətini tutdum. Gətirdim bura. Telefonunda tutdum ki, neçə adamla yazışıb, videosunu çəkib. Yataqda çəkilən videolar var, bunun hamısını mən görmüşəm. Nə etməliydim? Razılaşmalıydım? Yalandan deyir ki, guya mən onu döymüşəm. Döyən-zad olmayıb onu.

-Videoda görünür axı. Gözünün altı göydür… Fotoları var, bu gün biz də yaymışıq. Hər tərəfi göyərmiş, yaralı…

-Yalandır. Montajdır. Fotoşopdu hamısı. Necə ola bilər ki, mən bunu bu formada döyüm, amma 3 ay sonra üzə çıxsın bütün bunlar? Bu işgəncə söhbətini özləri düzüb-qoşublar, yalandır hamısı. Mən hər ay bunun pulunu, bazarlığını göndərirdim, özüm də aylarla gedib yanında qalırdım, ailəmə, qızıma baxırdım. Onun başını qırxmışam. Yaxşı eləmişəm. Xəyanətin cavabı elə olmalıdır. Mən xəyanəti qəbul edə bilmərəm. Həmişə demişəm, kasıb olsun, çirkin olsun, amma namuslu-əxlaqlı olsun.

Onun anası bu haqq-hesab ortaya çıxanda Kislovodskiyə gəldi. Bütün səs yazılarını, videoları ona göstərdik, şəkillərə baxdı. Öz anası qızını döydü. Aparıb insan kimi onları yola saldım ki, çıxıb getsinlər Mingəçevirə. Anası qayıdıb mənə dedi ki, bunu öldür, sənin namusunu çirkləndirib. Dedim, mən insanam, qatil deyiləm. Mənim balam var, o balama görə də yaşayıram. Başını da niyə qırxdım, bilirsizmi? Gəzdiyi oğlanlarla videoları var. Onlarla birgə mənim atamı, anamı lağa qoyurmuş, öz aləmində guya biabır eləyirmiş sözləriylə. Onun da cavabını belə vermişəm. Demişəm, mənim atama-anama lağ eləyəni, mənə xəyanət edəni mən də belə biabır edərəm. Amma mən onu döyməmişəm, qadanız alım. Onu özləri ediblər. Düzüb-qoşublar ki, gələcəkdə özlərini haqlı çıxarsınlar.

-Siz o şəkilləri görmüsüz? Heç bir insan övladı özünə o cür işgəncə verdirərmi? Bıçaq, yanıq izləri, qançır olunmuş bədən… Bunu özü-özünə edə bilməz axı.

-Xanım, bir balam var, onun canına and içirəm ki, mən ona heç nə etməmişəm. Özləri düzüb-qoşublar. O şəkil fotoşopdu. Özlərini təmizə çıxarmaqdan ötrü bunu edir. Bu qadın dörd dənə gömrükdən keçib. Nə əcəb polis soruşmayıb ki, sənin üzün niyə bu gündədir? Bunun günahı o qədər böyükdü ki, bu formada aranı qatmaq istəyir.

Mən bunu bizim yatağımızda başqa bir oğlanla yazışan yerdə tutmuşam. Telefonu əlindən almışam. Görmüşəm oğlan sonra buna yenə şəkil göndərib və yazıb ki, “həyatım, niyə setə girmirsən ki, danışaq?” Orda eləməyi bəs deyil, gəlib burda, yanımda da mənə xəyanət edir. Oğlana yazır ki, mən sərhədi keçəcəm anamla, ondan sonra piyada keçidini əl-ələ verib keçərik. Oğlana yazır e… Onun hamısını balaca bacısı bilirdi ilk gündən. Kimlərlə görüşüb, bacısı da bilirdi. Ona görə indi elə müsahibələr verir.

-Amma qarşı tərəf deyir ki, telefonda köhnədən bir nəfərin qalan fotosuna görə bu qalmaqal baş verib. Xalası oğlunun şəklinə görə dava düşüb?

-Yalan deyir. Mən onun bütün qohumlarını tanıyıram. Xalası oğlunu da. O deyil, başqa adamdı. Özü də bir adam deyil, bir neçə nəfərdir.

-Çox adam da belə fikir bildirir ki, gənc xanımını Bakıda təkbaşına qoyub getmək, aylarla onu axtarmamaq doğru addım deyildi. Bu halda xəyanətin olması da mümkün idi.

-Yalandır. Aylarla gəlib bunun yanında qalırdım. Bu da mənim yanıma gəlirdi.

-Niyə bir yerdə yaşamırdız?

-Ay bacım, bunlar hamısı bəhanədir. İllərlə Rusiyada yaşayan oğlanlar var, ailələri də Azərbaycanda. Belə çıxır ki, arvadları onlara xəyanət eləməlidi? Yalandan özünü təmizə çıxarmaq üçün söz-söhbət lazım deyil e. Aylarla yanında qalırdım, bayramlarda ailəmlə olurdum. İşləyirdim də burda. Kef sürmürdüm ki… Özü də mən onları yanıma gətirəcəkdim. Özünə də demişdim, qoy deportun qurtarsın, səni götürüb gələcəm bura. Quran haqqı deyirəm sizə.

-Deport edilmişdi eks yoldaşınız?

-Bəli, deport olunmuşdu. Özüm apardım gömrüyə qədər, yola saldım Mingəçevirə. Evə qayıdanda yolda o qədər ağladım ki, bunları niyə deport ediblər. Bax o Allah haqqı deyirəm sizə. Mən nə biləydim ki, buna “stop” qoyublar? Gəldim gətirəm, məlum oldu ki, qadağası var. Camaat illərləarvadını burda qoyub, çörək dalınca Rusiyaya gedir. Gərək onda hamı xəyanət etsin? (ölkə.az)


loading...