“Amazon”un sahibi Trampı tənqid etdi

“Amazon”un sahibi Trampı tənqid etdi

Amazon.com internet-şirkətinin qurucusu və “Vaşinqton Post” qəzetinin sahibi Ceff Bezos ABŞ prezidenti Donald Trampı və administrasiyasını mətbuata hücumlara görə tənqid edib.

O, Trampın mediaya müdaxiləsini qəbuledilməz adlandırıb:

“Demokratik yollarla seçilmiş heç bir məmur, istər prezident, istərsə də qubernator olsun, gözləməməlidir ki, media onun dediyini edəcək və qəzetlərdə onun xoşuna gələn başlıqlar gedəcək. Mən əməkdaşlarıma hər zaman deyirəm: əgər sizinlə müharibə aparırlarsa, siz də onlarla düşmənçilik etməyin, obyektivliyinizi gözləyin”.  (Qafqazinfo)


loading...