Acun aparıcı Zuhalı məhkəməyə verir
loading...

Acun aparıcı Zuhalı məhkəməyə verir

Acun İlıcalı və komandası Zuhal Topalı və onun yayımlandığı kanalı məhkəməyə verir.

Fenomen.az xəbər verir ki, bunun səbəbi Zuhalın verilişinin “Yemekdeyiz proqramına bənzəməsidir. Aparıcının Fox Tv-də yayımlanan verilişi “Sofrada” adlanır.

TV8-in sahibi Acun və kanalın baş direktoru Aslı Çini Fox Tv-nin rəhbərliyinə zəng edərək etirazlarını bildiriblər. Amma Fox-un sahibi verilişlərin eyni olmadığını iddia ediblər. Acun və Çini isə vəziyyəti “Yemekteyiz” verilişi formatının sahibi ingilis şirkətinə izah edib.

Tərəflər məsələyə məhkəmədə aydınlıq gətirəcəklər.(ölkə.az)

 


loading...