“Bu qərar sülh prosesinə mənfi təsir edəcək” - Makron Trampa zəng etdi

“Bu qərar sülh prosesinə mənfi təsir edəcək” – Makron Trampa zəng etdi

ABŞ prezidenti Donald Trampın Qüdsü rəsmən İsrailin paytaxtı kimi qəbul etməsinə dünya liderlərindən də reaksiyalar gəlməyə başlayıb.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Trampa zəng edərək narahatlığını dilə gətirib.

O deyib ki, bu qərar sülh prosesinə mənfi təsir edəcək:

“Qüdsün statusu Fələstin və İsrail arasındakı sülh danışıqlarında həll olunmalıdır”, – deyə Makron amerikalı həmkarının qərarını tənqid edib.


loading...