60 ildir ki, gündə 2 kq qum yeyir – FOTOlar | Fenomen

60 ildir ki, gündə 2 kq qum yeyir – FOTOlar

  0 Comments

78 yaşlı Hindistan sakini artıq 60 ildir ki, gündə 2 kq qum yeyir. Qeyri-adi pəhrizə baxmayaraq Kusma Vati sağlamdır və indiyə qədər həkim yanında olmayıb. Qadın sevimli “qida”sı qurtardığı zaman evinin divarlarını gəmirməyə başlayır.

“Artıq təxminən 63 ildir ki, qum yeyirəm, onun zərərli olduğunu düşünmürəm. Mədə və ağız boşluğu ilə bağlı problemim yoxdur və dişlərim möhkəmdir. Hətta daşı da dişimlə promlemsiz sındıra bilərəm”, – deyə Kusma əmin edir.

80 yaşının tamam olmasına az qalmasına baxmayaraq fermada fəaliyyətini dayandırmaq barədə düşünmür.

Kusma ilk dəfə 15 yaşı olarkən qumu dadıb.

O zaman qum qadını əziyyət çəkdiyi mədə ağrılarından azad edib. “Qumun tərkibindəki minerallar sahələrdə iş üçün mənə enerji verdiyini hiss edirəm”, – deyə Vati söyləyir. Nəvələri nənələrindən bu asılılıqdan azad olmasını xahiş edirlər, lakin qadın qumdan imtina etmək niyyətində deyil. (interaz)


Fenomen.az saytı ilə əlaqə üçün E-mail: info@fenomen.az
INSTAGRAM - Yerli ve xarici tanınmışlarin paylaşdıqları son fotoları səhifəmizde izleyin
loading...