48 meqapiksellik smartfonun ilk fotosu yayıldı
loading...

48 meqapiksellik smartfonun ilk fotosu yayıldı

“Xiaomi” şirkətinin prezidenti Lin Bin 48 meqapiksellik arxa kameraya sahib smartfonun gövdəsinin fotosunu təqdim edib.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, təqdim olunmuş fotodasadəcə  smartfonun arxa panelində “48 MP Camera” yazısı görünüb.

Lin Bin sözügedən smartfon barəsində əlavə məlumat verməkdən imtina edib. Lakin o qeyd edib ki, fotodakı smartfon gələn ay satışa çıxacaq.

Qeyd edək ki, əvvəlki məlumatlarda 48 MP-lik arxa kameranın məhz “Xiaomi Mi 8S” modelində olacağı bildirilirdi.


loading...