2 yaşlı oğlanın qanadları var -Fotolar

2 yaşlı oğlanın qanadları var -Fotolar

Hər körpəni valideynləri mələk sayırlar. Fəqət balaca Oliver, deyəsən, mələyə bənzəyir.
İngiltərənin Kembricşir qraflığındakı Fenstanton şəhərinin sakini, 2 yaşlı Oliver Braun anadangəlmə dəri piqmenti sindromu (Congenital Melanocytic Naevi, CMN) ilə doğulub. Onun belində mələk qanadlarına bənzəyən böyük xal var.
Həkimlərin dediklərinə görə, xal hər 3 aydan bir yoxlanmalıdır. Çünki piqment ləkəsinin xərçəng şişinə çevrilmə və beyinə işləmə riski var.
Nadir xəstəlik sayılan CMN-ə hər 100 nəfərdən birində rast gəlinir.
Oliverin anası Stefaninin dediyinə görə, övladı üçün narahatdır.
“Oğlumu həkimlər müayinə etdilər və dedilər ki, Oliver müntəzəm qaydada müayinə olunmalıdır. Onun daimi həkim nəzarətinə ehtiyacı var. Onun belindəki piqment beyində və ya onurğa beynində xərçəng şişi yaratmasa, Oliver sağlam həyat yaşayacaq. Həkimlər onu da söyləyirlər ki, Oliverdə aqressiv dəri xərçənginin inkişaf riski var”, – 34 yaşlı Stefani Braun deyib. (Milli.Az)

INSTAGRAM - Yerli ve xarici tanınmışlarin paylaşdıqları son fotoları səhifəmizde izleyin
loading...
loading...