Ərdoğan bəslədi, kürəkəni görüntünü paylaşdı - Video
loading...

Ərdoğan bəslədi, kürəkəni görüntünü paylaşdı – Video

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın balaca iti yedizdirdiyi görüntüləri sosial mediada bəyənilib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, sözügedən görüntünü Enerji və təbii sərvətlər naziri, həmçinin Ərdoğanın kürəkəni Bərat Albayraq paylaşıb.

2017-ci ildə çəkilmiş videoda Ərdoğanın səhər işə gedərkən kiçik Çiko adlı itə baş çəkdiyi görünür. O, iti yedizdirmək üçün qida istəyib. Ərdoğan həmin qidanın soyuq olduğunu görüncə isə əlində isidib və sonra Çikoya verib.

Qeyd edək ki, Albayraq videonu “Şükürlər olsun ki, ölkəmizdə belə həssas məsələlər hələ də üstünlük təşkil edir” şərhi ilə paylaşıb.


loading...