Ərəblər Nurgül Yeşilçayı PULA BOĞDU - FOTOLAR

Ərəblər Nurgül Yeşilçayı PULA BOĞDU – FOTOLAR

Nurgül Yeşilçayın hazırladığı çantaların biri 3 min TL-yə (təxminən 1500 manat) satılıb.

Yaxın şərqdə böyük pərəstişkarları olan aktrisa çanta biznesində böyük uğur əldə edib. Belə ki, serial ulduzunun bir pərəstişkarı Bodrumdakı mağazanı axtarıb tapıb və 100 ədəd çanta sifariş verib. Çantaların pulunu isə öncədən nəğd şəkildə 300 min TL (150 min manat) ödəyib.

Qeyd edək ki, Nurgül Yeşilçay boş vaxtını naxışlı çanta hazırlamağa sərf edir. Uzun illərdir ki, müxtəlif cür naxışları daha dərindən öyrənməyə maraq göstərir. O, müsahibəsində naxış barədə bu açıqlamanı verib:
“Özümü dərk etdiyimdən bəri şəkil çəkirəm, əl qabiliyyətim yaxşıdır. Zamana hökm etmək əvəzinə onu ən doğru, ən səmərəli şəkildə istifadə edirəm”.


INSTAGRAM - Yerli ve xarici tanınmışlarin paylaşdıqları son fotoları səhifəmizde izleyin
loading...